image-1backend

Prezidentə hədə-qorxu gələn şəxs saxlanıldı

image-reklam_sirab_01

Serbiya sakini ölkə Prezidenti Aleksandr Vuçiçə qarşı hədə-qorxu gəldiyi üçün saxlanılıb.

Vətəninfo.az xəbər verir ki, bunu Serbiyanın Baş nazirinin müavini və daxili işlər naziri İvitsa Daçiç deyib.

Daçiç qeyd edib ki, respublika prezidentinin təhlükəsizliyini təmin etmək üçün ona hədə-qorxu gələn Draqan Miyatoviç polis tərəfindən saxlanılıb:

“O, 48 saat dəmir barmaqlılar arxasında qalacaq”.

Xatırladaq ki, Aleksandr Vuçiç hər gün 200-ə yaxın ölümlə bağlı təhdid aldığını bildirmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki