image-reklam-veteninfo
image-1backend

Putin BƏƏ prezidenti ilə telefon danışığı aparıb

image-reklam-veteninfo

Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan ilə telefon danışığı aparıb. Dövlət başçıları Rusiya prezidentinin dekabrın 6-da səfərinin nəticələrini nəzərə alaraq Rusiya-Əmirlik dostluq əlaqələrinin inkişafını müzakirə ediblər. Vətəninfo.az  “RİA Novosti” yə istinadən xəbər verir ki , bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Vladimir Putin və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan Qəzza zolağına əlavə humanitar yardımın göstərilməsinə dair addımları da müzakirə ediblər.

“Fələstin-İsrail münaqişəsi zonasında davam edən hərbi qarşıdurma fonunda Qəzza zolağına əlavə humanitar yardımın göstərilməsinə dair addımlar müzakirə edilib. Rusiya və BƏƏ tezliklə atəşkəs və siyasi danışıqların bərpası lehinə prinsipial mövqedən çıxış edirlər. Fələstin probleminin beynəlxalq səviyyədə tanınmış hüquqi əsaslarla uzunmüddətli və ədalətli həllinin zəruriliyi təsdiqləndi”, – mesajda deyilir.

Vladimir Putin Ukrayna ətrafında yaranmış vəziyyətdən danışarkən əsir götürülən şəxslərin mübadiləsində vasitəçilik etdiyinə görə Məhəmməd bin Zayed Əl-Nəhyana təşəkkür edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki