image-1backend

Qazaxıstan da “Mir” kartlarından İMTİNA ETDİ

image-reklam_sirab_01

Qazaxıstanın ən iri banklarından biri olan “Bank CenterCredit” Rusiyanın “Mir” ödəniş sisteminin kartları ilə işləməyi dayandırıb.

Vətəninfo.az bildirir ki, bu barədə “TASS”a maliyyə təşkilatının çağrı mərkəzindən məlumat verilib.

“Rusiyanın “Mir” kartları ilə iş bu il fevralın 26-dan dayandırılıb”, – agentliyin əməkdaşı bildirib. Bank məhdudiyyətlərin səbəblərini açıqlamayıb.

Çərşənbə axşamı Qazaxıstanın ən böyük bankı olan “Halyk Bank”dan TASS-a bildirilinb ki, maliyyə qurumu fevralın 27-dən nə bankomatlarda, nə də POS-terminallarda Mir ödəniş sisteminin kartlarına xidmət göstərmir.

Bundan əvvəl “Sberbank”ın törəmə şirkəti olan Qazaxıstanın “Bereke Bank”ı da “Mir” ödəniş sisteminin operatoru ilə qarşılıqlı əlaqəni dayandıracağını bəyan edib.

Dünən Qırğızıstanın “Elkart” milli ödəniş sisteminin operatoru ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə aprelin 5-dən bu respublikada “Mir” kartlarının fəaliyyətini dayandıracağını açıqlayıb.

Bundan əvvəl Rusiyanın Milli Ödəniş Kartları Sisteminin (MSPC) mətbuat xidməti məlumat vermişdi ki, martın 30-dan etibarən Ermənistan Kartı (ArCa) ödəniş sistemində iştirak edən bankların “Mir” kartlarına xidmət göstərməyi dayandıracaqları barədə rəsmi bildiriş alıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualını cavablandırarkən bildirib ki, Rusiya və Ermənistan “Mir” kartlarının qəbulu ilə bağlı vəziyyəti düzəltmək üçün işləri davam etdirirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki