image-1backend

Qərbin hökmranlıq dövrü nəhayət başa çatdı- Borel

image-reklam_sirab_01

Qərbin qlobal hökmranlığı dövrü nəhayət Ukraynada müharibənin başlaması və Qəzza zolağında münaqişə ilə başa çatıb. Vətəninfo.az xəbər verir ki, bu fikirləri Aİ-nin diplomatik xidmətinin rəhbəri Xosep Borrell  İspaniyanın “İdeal” qəzetinə açıqlamasında  bildirib.

“Mövcud geosiyasi gərginlik Qərblə dünyanın qalan hissəsi arasında qarşıdurmaya doğru təkamül etməkdə davam edərsə, Avropa öz təhlükəsizliyinə təhdidlər baxımından qaranlıq gələcəklə üzləşir. Qərbin üstünlüyü erası nəhayət başa çatdı”, – deyə o yazıb.

Borrelin sözlərinə görə, Ukraynadakı müharibə və Qəzzadakı münaqişə Qərblə Cənub arasında qarşıdurma riskini xeyli artırıb ki, bu da artıq Afrikanın digər bölgələrində də müşahidə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki