image-1backend

Qəzza zolağına humanitar yardım daşıyan 200-dən çox yük maşını gəlib

image-reklam_sirab_01

Martın 12-də humanitar yardım aparan ən azı 207 yük maşını yoxlanılaraq Qəzza zolağına buraxılıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsi “X” sosial şəbəkəsində bildirib.

Qeyd olunub ki, bu yük maşınlarının 66 faizi ərzaq, qalanları isə dərman, su və müvəqqəti yerləşdirmə mərkəzlərinin işinin təşkili üçün avadanlıq daşıyıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki