Qəzza zolağının cənubundakı Xan Yunisdə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin binasının atəşə tutulması nəticəsində 9 nəfər ölüb, 75 nəfər yaralanıb. Vətəninfo.az xəbər verir ki, bu barədə agentliyin direktoru Tomas Uayt məlumat verib.
“Xan Yunis təhsil mərkəzinə hücum zamanı 800 nəfərin olduğu binaya iki tank mərmisi düşüb. 9 ölü, 75 yaralı var. Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri mərkəzə çatmağa çalışırlar. İki kənarı torpaq divarla örtülmüş marşrut İsrail ordusu ilə razılaşdırılıb”, – Uayt bildirib.
Bir müddət əvvəl Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının Yaxın Şərq üzrə direktoru 10 min köçkünün sığındığı Xan Yunisdəki mərkəzə növbəti hücumun edildiyini bildirmişdi.


























