Birləşmiş Ştatlar Qəzza zolağında mülki fələstinlilər arasında itkilərin çox yüksək olması ilə bağlı fikirlərini İsrailə çatdırıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken Təl-Əvivdə keçirdiyi mətbuat konfransında bildirib.
“Lakin bu gün İsraildə baş nazirə və başqalarına dediyim kimi, onların hərbi əməliyyatları nəticəsində mülki əhalinin itkiləri çox yüksəkdir”, – Blinken bildirib.
ABŞ dövlət katibi həmçinin bildirib ki, o, İsrail rəhbərliyinə Qəzza zolağının sakinlərinə lazımi humanitar yardımın çatdırılması üçün atmalı olduğu bəzi addımları çatdırıb.