image-1backend

Qriqoryan: “İran Ermənistan üçün çox vacib tərəfdaşdır və Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq”

image-reklam_sirab_01

Tehranda səfərdə olan Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan dünən Tehranda İran-Ermənistan Birgə İqtisadi Əməkdaşlıq Komissiyanın 18-ci iclasında deyib: “İran bizim üçün sadəcə qonşu ölkə yox, həm də çox vacib tərəfdaşdır”.
Vətəninfo.az xəbər verir ki, o, Qafan şəhərində İranın Baş Konsulluğunun açılmasına toxunub: “Bu addım işgüzar əlaqələrin genişləndirilməsi üçün alət ola bilər; Ermənistanın Təbrizdə Baş Konsulluğunun açılması da yeni iqtisadi və ticarət əlaqələrinin aktivləşməsi üçün son dərəcə əhəmiyyətli ola bilər”.
Ermənistan-İran münasibətlərinin təkcə ikitərəfli olmadığını qeyd edən Qriqoryan deyib: “Ermənistan üçün Fars körfəzindən Qara dənizə keçid, Şimal-Cənub dəhlizi və 4 istiqamətli yolun qurulması mühümdür”.
O, sonda qeyd edib: “İrəvan İran İslam Respublikasına və onun ali rəhbərinə Ermənistanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin dəyişməzliyi ilə bağlı mövqeyinə görə minnətdarlıq edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki