image-1669283838_b7d3ef5-medvedevbackend

“Raketlərimiz hamıya çatacaq…” – Dmitri Medvedev yenə təhdid edir…

image-reklam_sirab_01
“Nahaq yerə düşmənlər bizim imkanlarımızın tükənməsinə ümid edirlər. Ardı var. Hamıya çatacaq!…”
Rusiyanın sabiq prezidenti və baş naziri, hazırda Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev eyham vurub ki, Rusiyanın raket arsenalı tükənməkdən hələ çox uzaqdır.
Bu barədə o, “Region” elmi-istehsalat müəssisəsini ziyarət etdikdən sonra Ukrayna müdafiə nazirinin son çıxışını şərh edərkən deyib.
Xatırladaq ki, dünən Ukraynanın müdafiə naziri   Aleksey Reznikov özünün “Twitter” səhifəsində Rusiyanın hərbi anbarlarında nə qədər raket qaldığını göstərən informasiya qrafikini dərc edib.
Reznikovun hesablamalarına görə, Moskvanın yüksək dəqiqli silah arsenalı ehtiyatının doldurulması problemləri var.
“Region” təşkilatı dəniz və aviasiya silahının istehsalı üzrə ixtisaslaşıb.
Medvedev özünün “Telegram-kanal”ında yazıb:
“Düşmənlər bizim raket buraxılışımızı və bizim ehtiyatlarınızı diqqətlə “kalkulyasiya etməkdə” davam edir. Nahaq yerə bizim imkanlarımızın tükənməsinə ümid edirlər. Ardı var. Hamıya çatacaq!”
Medvedev müntəzəm olaraq özünün “Telegram-kanal”ında fikirlərini açıq bölüşür.
Rusiyanın sabiq prezidentinin bəyanatları çox vaxt cəfəng və təhqirlərlə doludur.Moderator.az
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki