image-66290eabe5842backend

Rəcəb Tayyib Ərdoğan: ”İsraillə intensiv ticarət əlaqələrinə son qoyduq”

image-reklam_sirab_01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə intensiv ticarət əlaqələrinə son qoyduqlarını bildirib.

Vətəninfo.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan – Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransında çıxış edib.

Rəcəb Tayyib Ərdoğan Almaniya ilə təhlükəsizlikdən iqtisadiyyata, mədəniyyətdən elmə qədər hər sahədə sıx əlaqələrin olduğunu bildirib.

Müdafiə sənayesində üzləşdikləri məhdudiyyətləri tamamilə gündəmdən çıxarmaq istədiklərini vurğulayan Ərdoğan deyib: ”Ümid edirik ki, Türkiyə və Almaniya bundan sonra müdafiə sahəsində ortaq istehsal layihələrindən danışacaqlar”.

Görüşlər zamanı alman-türk icmaları ilə bağlı məsələləri də müzakirə etdiklərinə diqqət çəkən Ərdoğan ikili vətəndaşlığı mümkün edən yeni Alman vətəndaşlığı qanununu mühüm addım kimi gördüklərini bildirib.
Ərdoğan Almaniya rəsmilərindən terrorla mübarizə mövzusunda daha çox dəstək gözlədiklərini vurğulayıb.
Görüşlərdə İsrailin Qəzzada törətdiyi qətliamları da müzakirə etdiklərini vurğulayan Ərdoğan deyib: “Türkiyə olaraq bu məsələdə ilk gündən qərarlı, vicdanlı və cəsarətli mövqe tutmuşuq. İnşallah bundan sonra atəşkəsin təmin edilməsi və Fələstin xalqına fasiləsiz və kifayət qədər humanitar yardımın çatdırılması üçün səylərimizi artırmağa davam edəcəyik”.
Türkiyə-İsrail münasibətlərinə də toxunan Rəcəb Tayyib Ərdoğan deyib:
“ İsraillə intensiv ticari əlaqələrimiz yoxdur. O iş bitdi”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki