image-1backend

Reuters: ” İran Moskvada törədilən terror aktı ilə bağlı daha öncə  Rusiyaya xəbərdarlıq edib”

image-reklam_sirab_01

“Reuters” bir neçə mənbəyə istinadən xəbər verib ki, ötən ay Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında törədilən qətliamdan öncə İran hökuməti Rusiya ərazisində genişmiqyaslı terror əməliyyatının keçirilməsi ehtimalı ilə bağlı Rusiyaya xəbərdarlıq edib.
Vətəninfo.az xəbər verir ki, məlumata görə, Rusiya ərazisində son 20 ilin ən qanlı hücumunda silahlı şəxslər martın 22-də sözügedən konsert zalında ən azı 144 nəfəri öldürüblər. Hücuma görə İŞİD məsuliyyəti üzərinə götürüb.
Reuters bu xəbərdarlıqla bağlı yazıb: “Rusiyadakı hücumdan bir neçə gün öncə İran Rusiya ərazisində baş verə biləcək böyük terror aktı ilə bağlı Kermanda ölümcül partlayışlara görə həbs edilənlərin dindirilməsi zamanı əldə etdiyi məlumatları Moskva ilə paylaşıb”. (Euronews)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki