image-1backend

Rusiya: Bu yaşayış məntəqəsi ordumuz tərəfindən tutulub

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Avdiyivka istiqamətindəki Lastoçkino yaşayış məntəqəsi Rusiya ordusu tərəfindən tutulduğunu bildirib.

Nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri ilə bağlı məlumat verilib.

Bəyanatda bildirilib ki, Rusiya ordusu Ukraynanın Donetsk vilayətində mövqelərini gücləndirməkdə davam edir:

“Mərkəz Qüvvələr Qrupunun qoşunları Avdiyivka istiqamətindəki Lastoçkino qəsəbəsini azad edərək, ön xətdə mövqelərini yaxşılaşdırmaqda davam ediblər”.

Ukrayna ordusuna məxsus 62 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyi barədə verilən bəyanatda deyilib:

“Hərbi əməliyyat başlayandan indiyədək Ukrayna orusuna məxsus 574 təyyarə, 267 helikopter, 13 min 454 PUA, 474 hava hücumundan müdafiə raket sistemi, 15 min 237 tank və zirehli texnika, 1226 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 8 min 167 haubitsa və minaatan  ilə 19 min 95 xüsusi hərbi maşın məhv edilib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki