image-1backend

Rusiya Çinə qaz tədarükündə liderdir

image-reklam_sirab_01

Rusiyanın “Qazprom” şirkəti 2024-cü ilin fevralında Çinə boru kəməri vasitəsilə təbii qazın nəqlində ən böyük tədarükçü olub və bununla ilk dəfə olaraq uzunmüddətli lider Türkmənistanı geridə qoyub.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Çinin Baş Gömrük İdarəsinə istinadən məlumat yayıb.

2024-cü ilin fevralında “Qazprom” Çinə 2,5 milyard kubmetr, Türkmənistan isə təxminən 2,4 milyard kubmetr təbii qaz ixrac edib. Türkmənistan “mavi yanacağı”nın gündəlik tədarükü 2024-cü ilin yanvarında 89 milyon kubmetrdən fevralda təxminən 82 milyon kubmetrə düşüb.

Özbəkistan isə bu ilin fevralında Çinə təbii qaz ixracını tamamilə dayandırıb.

Ümumilikdə, Çin 2024-cü ilin fevralında boru kəmərləri vasitəsilə 5,346 milyard kubmetr təbii qaz idxal edib və bu da ötən ilin göstəricisindən 17 % çoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki