image-1backend

Rusiya martın 1-dən  benzin ixracına qadağa qoyur

image-reklam_sirab_01

Rusiya hökuməti yaz və yay aylarında artan tələbatı kompensasiya etmək üçün 2024-cü il martın 1-dən altı ay müddətinə benzin ixracına müvəqqəti qadağa qoymağı planlaşdırır. Vətəninfo.az-ın məlumatına görə , bu barədə TASS-a Rusiya baş nazirinin müavini Aleksandr Novak məlumat verib.

“Biz həmin məlumatı təsdiqləyirik”, – agentliyin həmsöhbəti bir müddət əvvəl müxtəlif KİV-lərdə yayılan oxşar məlumatları şərh edərkən bildirib.

Rusiya Federasiyası Nazirlər Kabinetinin mətbuat xidməti də TASS-a benzinin ixracına müvəqqəti qadağa tətbiq etmək planları barədə məlumat verib.

İxracın qadağan edilməsi qərarı yay tətilləri və tarla işləri zamanı artan tələbatı, eləcə də neft emalı zavodlarında planlaşdırılan texniki xidmətin qarşısını almaq üçün lazımdır. Məhdudiyyət Aİİ ölkələrinə, eləcə də Cənubi Osetiya, Abxaziya, Monqolustan və Özbəkistana şamil edilməyəcək.

Avtomobil yanacağının daxili bazarında qiymət konyukturasını sabitləşdirmək məqsədilə benzinin ixracına qadağa 2023-cü il sentyabrın 21-dən noyabrın 17-dək qüvvədə olub. Qadağanın aradan qaldırılması qərarı daxili bazar yanacaqla doyduqdan və həddən artıq tədarük yarandıqdan sonra qəbul edilib.

O zaman Rusiyanın Energetika Nazirliyi zərurət yaranarsa, avtomobil benzininin ixracına qoyulan qadağanın bərpa olunacağını istisna etməyib.

2023-cü il sentyabrın 21-dən Rusiya da daxili bazarı doyurmaq zərurəti ilə əlaqədar yay dizel yanacağının ixracına qadağa qoyub. Noyabrın 22-də qadağa götürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki