image-reklam-veteninfo
image-1backend

“Rusiya NATO ölkəsinə hücum etməz”- Stoltenberq

image-reklam-veteninfo

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın bir NATO ölkəsinə hücum edəcəyi ilə bağlı hərbi təhlükə hiss etmədiklərini bildirib.

Vətəninfo.az xəbər verir ki, Y.Stoltenberq Almaniyanın ARD televiziyasına NATO-nun gələcək perspektivi ilə bağlı deyib: “Rusiya Ukrayna müharibəsində qalib gələrsə, NATO üzvü olan ölkəyə hücum edəcək” iddialarına gəlincə, biz bu mövzuda hərbi təhlükə görmürük. NATO son illər xeyli güclənib.

Əlbəttə, sülh öz-özünə gəlmir. Bu, qaçılmaz təhlükə olmasa da, biz müdafiəmizə əhəmiyyətli sərmayələr yatırmışıq. Silahlı qüvvələrimizin hazırlıq səviyyəsini və gücünü artırmışıq. İlk olaraq döyüş bölməsini yenidən qurmuşuq. Bu, NATO-nun bir nəsildə ən böyük güclənməsidir.

NATO 2014-cü ildə Rusiyanın Krımı qanunsuz ilhaqından sonra ortaya çıxan yeni reallığı tanıyıb və ona uyğunlaşıb”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki