image-1backend

Rusiya prezidenti  kim olacaq? 4 namizəd mübarizə aparacaq

image-reklam_sirab_01

Bu ilin mart ayında Rusiya Federasiyasının prezidenti vəzifəsi uğrunda dörd namizəd mübarizə aparacaq.

Vətəninfo.az-ın  məlumatına görə, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova RİA Novosti agentliyinə istinadən xəbər verir.

“Bugünkü görüşümüzün nəticəsində tam aydındır ki, bülletendə dörd namizəd olacaq”, – deyə komissiya sədri bildirib.

Mənbənin məlumatına görə, Mərkəzi Seçki Komissiyası özünün namizədliyini irəli sürmüş Vladimir Putini və parlament partiyalarının nümayəndələri Leonid Slutski, Vladislav Davankov və Nikolay Xaritonovu rəsmi olaraq namizəd kimi qeydə alıb.

Rusiya Federasiyasının Federal Şurası Rusiyada prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün, martın 15, 16 və 17-də davam edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki