image-3e184087-f8b2-4e65-bca5-ac6bd837315abackend

“Rusiya sözünə etibar olmayan bir dövlətdir” – Polşa Prezidenti

image-reklam_sirab_01
“Rusiya sözünə etibar olmayan bir dövlətdir”.

Bunu Polşa Prezidenti Anjey Duda Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-ci iclasında çıxışı zamanı deyib.

Polşa lideri vurğulayıb ki, ehtimal edilən sülh müqaviləsi Ukraynanın razılığı ilə imzalanmalıdır.

O, Rusiyanı Ukrayna torpaqlarını işğalına görə tənqid edib:

“Təəssüf ki, ATƏT üzvü olmasına baxmayaraq, Rusiya bütün qaydaları tapdalayır. Rusiya sözünə etibar olmayan bir dövlətdir”.

Prezidentin sözlərinə görə, Ukraynadakı mülki şəxslər məqsədli şəkildə öldürülür:

“Biz buna göz yummayacağıq. Sərhədlərin məcburui şəkildə dəyişdirilməsini nəzərdə tutan hansısa razılığı qəbul edə bilmərik”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki