image-6be7823a-642e-434a-b090-40b6d5b51cb6backend

Rusiya Ukraynanı gərginlikdə saxlamağın yeni “üsulunu” tapıb – “İynə üstündə oturmuş kimi…”

image-reklam_sirab_01

“Rusiya təyyarələri Ukraynanın hava məkanına girməkdən qorxurlar, çünki bizim aviasiya onlara güclü zərbə endirə bilər. Ona görə Rusiya komandanlığı öz təyyarələrini Xəzər dənizinə yaxın yerlərə köçürüb”.

Bunu tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov bildirib.

Jdanov deyib ki, Rusiya Ukrayna əhalisini gərginlikdə saxlamağın yeni “üsulunu” tapıb. Belə ki, raketlərlə silahlanmış Rusiya təyyarələri havaya qaldırılır və demək olar ki, bütün gün ərzində növbəli şəkildə havada dövrə edirlər: “Onlar çalışırlar ki, təyyarələri hərbi növbətçiliyə qoysunlar və onlar havada mümkün qədər çox qalsınlar, demək olar bütün sutka ərzində. Biz isə sizinlə sanki iynə üzərində oturacağıq və həyəcan siqnalı gözləyəcəyik. Onların qanadlarının altında qanadlı raketlər var və biz sadəcə gözləyəcəyik ki, onlar bu raketləri nə vaxt buraxacaqlar…”

Qeyd edək ki, Rusiya ərazisində bombardmançı təyyarələr havaya qaldırılan kimi, demək olar bütün Ukrayna ərazisində həyəcan siqnalı işə salınır və əhalidən sığınacaqlara çəkilməsi tələb olunur. Beləliklə də, Rusiya Ukrayna əhalisinə fiziki əzab verməklə yanaşı, onu mənəvi və psixoloji təzyiq altında saxlayır.

Sonuncu dəfə Rusiya Ukraynanın enerji infrastrukturuna və mülki obyektlərinə noyabrın 23-də kütləvi raket zərbələri endirib. Bu günlərdə Ukrayna növbəti zərbəni gözləyir. Artıq kəşfiyyat orqanları Rusiya tərəfindən hazırlıqlar görüldüyünü və istənilən an növbəti zərbənin endirilməsinin mümkün olduğunu bildirir.

Vladimir Putin isə Almaniya Kansleri Olaf Şoltsla bugünkü telefon danışığında kütləvi raket zərbələrinin davam edəcəyinə eyham vuraraq bildirib ki, bu, Ukraynanın guya Krım körpüsünü partlatmasına cavabdır. Əslində isə bununla da bütöv bir xalqa qarşı hərbi cinayət törətdiyini etiraf edib.“AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki