Ukrayna PUA-ları Rusiya ərazisinə zərbə endirib. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Basta telegram kanalı yazır ki, PUA-lar Krasnodar vilayətində neft emalı zavoduna zərbə endirib. Nəticədə zavodda güclü yangın başlayıb.
Yerli sakinlər sosial şəbəkələrdə yanğından əvvəl partlayış səsləri eşitdiklərini bildirirlər.
Ostorozhno, novosti Telegram kanalının məlumatına görə, sakinlər daha əvvəl sosial şəbəkələrdə silsilə partlayışlar və uçan dronların səsləri barədə məlumat vermişdilər. “Shot Telegram” kanalı yazır ki, İlsk neft emalı zavodu pilotsuz təyyarə ilə hücuma məruz qalıb və hadisə yerində güclü yanğın başlayıb.
“Seversk vilayətinin vahid növbətçi dispetçer xidmətinin məlumatına görə, fevralın 9-da saat 02:00 radələrində İlsk neft emalı zavodunun ərazisində yanğın baş verib. Səhər saat 3-ə olan məlumata görə, zavodun xidmətləri tərəfindən açıq yanma hadisəsi operativ şəkildə aradan qaldırılıb. Ölən və xəsarət alan olmayıb. Hadisənin aradan qaldırılması işlərinin başa çatdırılması və hadisənin başvermə səbəblərinin müəyyən edilməsi məqsədilə operativ və fövqəladə hallar xidmətləri yerindəcə işlərini davam etdirir”, – deyə regional əməliyyat qərargahından bildirilib.
Məqalə dərc olunan zaman əməliyyat qərargahından verilən məlumata görə, yanğın söndürülüb.


























