Rusiyanın İvanovsk vilayətində “Severnıy” aerodromunda “İl-76” hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb, 15 nəfər ölüb.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Qəzaya səbəb kimi mühərriklərdən birinin uçuş zamanı yanması göstərilib.
Bildirilib ki, ekipaj təyyarəni aerodroma qaytarmağa cəhd göstərsə də, buna nail olmayıb. Nəticədə “İl-76” uçuş yerindən iki kilometr aralıda yerləşən Podtalitsa kəndinə düşüb.
Təyyarənin göyərtəsində 8 ekipaj üzvü, 7 sərnişin olub, onların hamısı ölüb.