image-1backend

Rusiyada kütləvi həbslər BAŞLADI

image-reklam_sirab_01

Rusiyalı müxalifətçi Aleksey Navalnının islah koloniyasında vəfatından sonra ölkənin müxtəlif şəhərlərində anım tədbirləri keçirilib və bu tədbirlərdə 400-ə yaxın insan həbs edilib. Vətəninfo.az-ın məlumatına görə , bu barədə “OVD-İnfo” hüquq müdafiə təşkilatı məlumat yayıb.

16-18 fevral tarixləri arasında 39 şəhərdə 387 nəfərin həbs edildiyi bildirilir.

“OVD-İnfo” qeyd edir ki, ən çox həbs olunanlar Sankt-Peterburq və Moskvada olub. Fevralın 17-də axşam saatlarında Sankt-Peterburqda həbs edilənlərin sayı 200-ü ötüb.

Etirazçılar Navalnının xatirəsinə müxtəlif abidələr önünə gül dəstələri qoyub, şamlar yandırıblar.

30 il müddətinə azadlıqdan məhrum edilən 47 yaşlı keçmiş vəkil, müxalifətçi Aleksey Navalnı fevralın 16-da islah koloniyasında dünyasını dəyişib. İlkin versiyaya görə, Navalnının ölümünə qan laxtasının cırılması səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki