image-1backend

Rusiyada prezident seçkilərini rekord sayda müşahidəçi izləyəcək

image-reklam_sirab_01

Rusiyada 2024-cü il prezident seçkilərində müşahidəçilərin sayının 2018-ci il seçkiləri ilə müqayisədə üçdə bir artırılması planlaşdırılır. Vətəninfo.az xəbər verir ki, bu barədə İctimai Nəzarət və Vətəndaşların Müraciətləri ilə İş üzrə Dövlət Komissiyasının rəhbəri Alena Bulqakova məlumat verib.

“Biz bu prezident seçkiləri üçün 200 minə yaxın müşahidəçi hazırlamağı planlaşdırırıq… 2018-ci il prezident seçkiləri üçün 150 min müşahidəçi hazırlanıb”, – Bulqakova “İzvestiya”ya müsahibəsində bildirib.

Bundan əvvəl Rusiya Konstitusiyasına dəyişikliklərlə bağlı səsvermə çərçivəsində maksimum sayda müşahidəçi hazırlanıb. O zaman, 2020-ci ildə 527 min nəfər təlim keçmişdi.

Xatırladaq ki, Rusiya Federasiyasında prezident seçkiləri 2024-cü il martın 15-dən 17-dək keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki