image-1backend

Rusiyadan maye qaz ixracı durğunlaşacaq – “Reuters”

image-reklam_sirab_01

Qərbin sanksiyaları səbəbindən Rusiya Federasiyasından maye qazın ixracı yaxın 4 ildə durğunlaşa bilər.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Agentlik bildirir ki, Rusiya İqtisadiyyat Nazirliyi 2025-2027-ci illərdə LNG istehsalının ildə 38,6 milyon ton səviyyəsində durğunlaşacağı “stressli” və “mühafizəkar” ssenarilər hazırlayıb.

Qeyd olunur ki, Rusiya Federasiyası 2030-2035-ci illərdə qlobal LNG bazarının 20%-ni təmin etmək niyyətindədir, halbuki hazırda bu rəqəm 8%-dir.

Bunun üçün, o, əsasən Arktikada yerləşən yeni zavodlarından istifadə etmək istəyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki