image-reklam-veteninfo
image-patriot1706093722backend

Rusiyanın İl-76 təyyarəsi bu silahlarla vurulub – Şok

image-reklam-veteninfo

Göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir əsgərlərinin olduğu Rusiyanın İl-76 təyyarəsi üç “Patriot” və ya İRİS-T raketi ilə vurulub.

Vətəninfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov deyib.

O əlavə edib ki, sözügedən təyyarənin Belqorod vilayətində qəzaya uğramasından sonra içərisində 80 ukraynalı hərbi əsirin də olduğu daha bir İl-76 təyyarəsi geri qayıdıb.

Qeyd edək ki, Rusiya MN bildirib ki, Aerokosmik Qüvvələrinə məxsus 65 ukraynalı əsir, ekipaj və onu müşayiət edən şəxslərlə mübadilə üçün daşınan İl-76 nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki