image-1backend

Rusiyanın pulları Ukraynaya veriləcək

image-reklam_sirab_01

Vətəninfo.az Bloomberg-ə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar G7 tərəfdaşları ilə Ukraynaya yardım üçün 50 milyard dollara qədər vəsait ayırmaq üçün danışıqlar aparır.

Amerika hakimiyyətinin planına görə, vəsaitlərin böyük hissəsi Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən mənfəətdən yönəldiləcək, onların əksəriyyəti Aİ ölkələrində yerləşir. ABŞ Maliyyə Nazirliyi bu məsələ ilə bağlı danışıqlar faktını təsdiqləyib.

Amerika tərəfi iyunda keçiriləcək G7 sammitində müvafiq saziş imzalamaq istəyir. Eyni zamanda, agentliyin həmsöhbətləri qeyd edirlər ki, danışıqlar bir neçə ay davam edə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki