image-7777backend

Ruslar Finlandiyaya qaçır – Araşdırma başladıldı

image-reklam_sirab_01

Finlandiyanın Sərhəd Xidməti ölkə ərazisinə daxil olarkən xarici pasportlarına saxta möhür vurulmuş Rusiya vətəndaşları ilə bağlı araşdırmalara başlayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” telekanalı məlumat yayıb.

Bildirilib ki, hazırda qeydə alınmış 88 belə fakt üzrə araşdırmalar davam etdirilir. İl ərzində ümumilikdə 350 saxta möhürlü pasportlardan istifadə etməklə ölkə ərazisinə qanunsuz daxil olma faktı müəyyən edilib.

Sərhəd Xidməti rəsmisinin verdiyi məlumata görə, belə hallar daha çox Şimali Qafqaz əsilli Rusiya vətəndaşları tərəfindən törədilib.

Qeyd edək ki, xarici pasporta vurulmuş möhür vasitəsilə insanların Avropa Birliyi ərazisində nə qədər qalması müəyyən edilir. Rusiya vətəndaşları üçün nəzərdə tutulmuş 90 günlük müddət başa çatdıqda saxta möhürlə bu müddətin uzadılmasına cəhd edilir.(modern)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki