image-avstbackend

Ruslara 1 həftə vaxt verildi – Tərk etməlidirlər

image-reklam_sirab_01

Rusiyalı diplomatlar Avstriyadan çıxarılacaq.

Avstriya Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən akkreditə olunmuş 4 rusiyalı diplomatın ölkədən çıxarılacağı barədə açıqlama yayıb.

Nazirlik bəyan edib ki, Rusiya səfirliyindəki 2 diplomat diplomatik statusları ilə bir araya sığmayan əməllərə yol verdiyinə, BMT-nin paytaxt Vyanadakı daimi nümayəndəliyindəki 2 diplomat isə “Qərargah haqqında razılaşma”ya uyğun olmayan hərəkətlər etdiyinə görə barələrində bu qərara gəlinib.

Diplomatlara Avstriyanı tərk etmək üçün bir həftə vaxt verilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki