image-1backend

SEPAH: İsrailə qarşı daha ölümcül hücumların şahidi olacağıq

image-reklam_sirab_01

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Dəməşqdəki konsulluğuna basqın etdiyinə görə İsrailə “ölümcül zərbələr” veriləcəyi barədə xəbərdarlıq edib.

“Biz tezliklə İsrailə qarşı daha ölümcül hücumların şahidi olacağıq. Müqavimət cəbhəsi ona tapşırılanı yerinə yetirəcək”, – İsrail mediası çərşənbə günü İİKK-dan sitat gətirib.

Tehran Suriyadakı konsulluğa hücumda 7 SEPAH üzvünün öldürülməsinə görə qisas almaqla hədələyir. İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Departamenti generallar Məhəmməd Rza Zahedi, Məhəmməd Hadi Hacı Rəhimi və beş zabitin həlak olduğunu bildirib. İranın dövlət televiziya kanalı IRIB-in məlumatına görə, Zahedi Livan və Suriyada SEPAH Qüds qüvvələrinin bölmələrinə komandanlıq edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki