Vətəninfo.az “Reuters” istinadən xəbər verir ki, İranın İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) İsrailin davamlı hücumlarından sonra Suriyada yüksək rütbəli komandirlərinin sayını azaldıb və öz təsirini qorumaq üçün daha çox orada proksi yaraqlılarını saxlayıb.
Məlumata görə, Tehranda sərt qisas tələblərinə baxmayaraq, hökumətin SEPAH komandirlərini geri çəkmək qərarı genişmiqyaslı regional münaqişəyə qarışmaq istəməməsi ilə bağlıdır.