image-1backend

Si Cinpin Qazaxıstana dövlət səfərinə gəlib

image-reklam_sirab_01

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Qazaxıstana dövlət səfərinə gəlib. Qazaxıstan mənbələri xəbər verir.

“Prezident Qasım-Jomart Tokayev Qazaxıstana dövlət səfərinə gələn Çin Xalq Respublikasının Sədri Si Cinpini paytaxtın hava limanında qarşılayıb. Hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qazaxıstan və Çin xalqları arasında səmimi dostluğun əlaməti olaraq Sədr Si Cinpin və rəsmi nümayəndə heyətinin üzvləri əllərində iki ölkənin bayraqları tutmuş və çin dilində mahnı oxuyan uşaqlar tərəfindən qarşılanıblar”, – məlumatda deyilir.

Qeyd edildiyi kimi, səfər proqramına ən yüksək səviyyədə ikitərəfli danışıqların aparılması və bir sıra mühüm sənədlərin imzalanması daxildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki