image-39f224de-4102-4a22-a3cd-9ba02beb45e0-1-1038x576backend

Şimali Kiprin Xarici işlər naziri Tahsin  Ərtoğruloğlu Britaniya parlament heyətini qəbul edib

image-reklam_sirab_01

Şimali Kiprin Xarici işlər naziri Tahsin Ərtoğruloğlu Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olan Böyük Britaniya Parlamentinin İcmalar Palatasının və Lordlar Palatasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Xarici işlər naziri Ərtoğruloğlu  Kipr Türk Xalqının bərabər beynəlxalq statusunu nəzərdə tutan Kiprlə bağlı türk tərəfinin yeni baxışı barədə Böyük Britaniya parlamentinin nümayəndə heyətinə ətraflı məlumat verib.

Kipr türk xalqına qarşı illərdir ədalətsiz şəkildə tətbiq edilən təcrid və embarqoların aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin addımlar atması lazım olduğunu xatırladan xarici işlər naziri Ərtoğruloğlu İngiltərənin Kipr Türk xalqına qarşı öhdəliklərini gec də olsa yerinə yetirməli olduğunu açıqlayıb.

İclasda Böyük Britaniya parlamentariləri Pol Bristou, Stiven Metkalf, Brendan Klark Smit və Lord Roqan və keçmiş parlamentari Baronessa Blekstoun, həmçinin KKTC Xarici İşlər Nazirliyinin müşaviri Kamal Köprülü iştirak edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki