image-1backend

Şimali Koreya Yapon dənizi istiqamətində raket atıb

image-reklam_sirab_01

Şimali Koreya ballistik raket olduğu güman edilən Yapon dənizinə doğru raket atıb. Vətəninfo.az  xəbər verir ki , bu barədə Yonhap agentliyi məlumat yayıb.

Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, buraxılan raket böyük ehtimalla orta mənzilli ballistik raketdir.

Raket yerli vaxtla səhər saat 6:53-də buraxılıb və dənizə düşməzdən əvvəl təxminən 600 km uçub.

Bildirilir ki, raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Yanvarın 14-də Şimali Koreya hipersəs döyüş başlığına malik bərk yanacaqla işləyən orta mənzilli ballistik raket buraxıb. Bundan əlavə, bir neçə dəfə qanadlı raketlər atılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki