image-1backend

Şimali Koreya yeni hipersəs raketini sınaqdan keçirtdi

image-reklam_sirab_01

KXDR hakimiyyəti yeni tipli hipersəs ballistik raketin uğurlu sınağını elan edib. Vətəninfo.az  xəbər verir ki , bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb.

Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, Şimali Koreya lideri Kim Çen In aprelin 2-də yeni Hwasong-16B orta və uzun mənzilli bərk yanacaq ballistik raketinin ilk sınaq buraxılışına rəhbərlik edib.

Agentliyin məlumatına görə, döyüş başlığı raketdən ayrıldıqdan sonra nəzərdə tutulan trayektoriya üzrə uçaraq, birinci maksimum hündürlüyü 101,1 km, ikinci maksimum hündürlüyünü isə 72,3 km-ə çatdıraraq, düz 1000 km dənizin sularına düşüb.

Kim Çen In bəyan edib ki, “hazırda düşməni cilovlamaq və ona nəzarət etmək iqtidarında olan təzyiq qüvvələrinin gücləndirilməsi ən aktual məsələdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki