image-1backend

Slovakiyanın Baş nazirinin həyatı hələ də təhlükədədir

image-reklam_sirab_01

Slovakiyanın baş nazirinin əməliyyatdan sonra həyatı hələ də təhlükə altındadır. Vətəninfo.az xəbər verir ki, bu barədə “Markiza” telekanalı xəbər verir.

Xatırladaq ki, mayın 15-də Slovakiya hökumətinin səyyar iclasının keçirildiyi binanın qarşısında atışma olub.

Slovakiyanın Baş naziri Robert Fitso Bratislavada hökumət binasında baş verən atışma nəticəsində yaralanıb və təcili xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunub.

Roberto Fikoya qarşı sui-qəsd cəhdində müxalif Tərəqqiçi Slovakiya Partiyasının tərəfdarı Yuray Çintula şübhəli bilinir və o, saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki