image-1backend

“Sülhməramlıların qalması şərtləri yalnız Bakı ilə müzakirə edilir”

image-reklam_sirab_01

“Qarabağda vəziyyətin köklü şəkildə dəyişməsi ilə əlaqədar olaraq sülhməramlılarımızın orada qalma şərtləri yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur”.

“Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində deyib.

“Qeyd etmək lazımdır ki, tərəfdaşlarla dialoqumuz konstruktiv xarakter daşıyır. Biz yaranan bütün məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək iştirakı tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”, – deyə Qaluzin vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki