image-1135574backend

Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaratmaq niyyətindədir

image-reklam_sirab_01

Əfqanıstana nəzarət edən “Taliban” hərəkatının lideri Heybətullah Axundzadə “İslam Dövləti” və digər qruplaşmalara qarşı mübarizə üçün xüsusi bölmənin yaradılmasına göstəriş verib. Bu barədə  Vətəninfo.az  “İnterfaks” agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, “Afganistan International” xəbər platformasının məlumatına görə, “Taliban” lideri qruplaşmanın hərbi komissiyasına ünvanladığı məktubda işsiz “Taliban” döyüşçülərinin bu bölməyə səfərbər olunmasını əmr edib.

Nəşrin məlumatına görə, bölmə müasir avadanlıqlarla təchiz olunacaq, o, qruplaşmanın əldə etdiyi kəşfiyyat məlumatları əsasında əməliyyatlar aparacaq.

Daxili İşlər Nazirliyi Əfqanıstanın əyalət hakimiyyətlərinə müraciət edərək, işsiz talibanların siyahısının hazırlanmasını tələb edib. Nəşr qeyd edir ki, Taliban liderləri işsiz yaraqlıların İD və digər qruplaşmalara qoşulmasından narahatdırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki