image-1backend

Taliban yenidən keyfiyyətsiz neft tankerlərini  İrana qaytardı 

image-reklam_sirab_01

Vətəninfo.az “Ufuq News”-ə istinadən xəbər verir ki, dünən Taliban hökumətinin nəzarətində olan Əfqanıstanın Milli Standartlar İdarəsi 20 keyfiyyətsiz neft tankerinin Əbu Nəsr Fərahi limanından İrana qaytarıldığını açıqlayıb.
Məlumata görə, Taliban hökuməti həmin neft tankerlərinin keyfiyyətinin standartlara cavab vermədiyini bildirib.
Sözügedən idarə iş adamlarını Əfqanıstana keyfiyyətsiz neft məhsullarının idxalından çəkinməyə çağırıb.
Qeyd olunub ki, neft tankerlərinin geri qaytarılması İran rəsmiləri tərəfindən tənqid edilib və onlar Talibanın qiymətləndirmələrini beynəlxalq standartlara uyğun olmadığını bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki