image-reklam-veteninfo
image-1backend

Tanınmış kolumbiyalı model avtomobilində güllələndi

image-reklam-veteninfo

Məşhur kolumbiyalı model Endji Marsela Ramires Varqas Kolumbiyanın Pitalito şəhərində güllələnib.

Vətəninfo.az  xəbər verir ki, bu barədə “Need To Know” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, hücum iyulun 24-də 27 yaşlı qız idman zalından evə qayıdarkən baş verib. İşıqforda dayanarkən onun maşınına yaxınlaşan motosikletdəki sərnişin qıza bir neçə dəfə atəş edib.

Çoxsaylı güllə yarası alan zərərçəkən xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Silahlı hücum barədə məlumat daxil olduqdan sonra asayiş keşikçiləri şəhərin çıxışlarını bağlayaraq cinayətkarların axtarışına start veriblər. Əməliyyat nəticəsində atəş açmaqda şübhəli bilinən 47 yaşlı Ermes Kuelyar isti izlərlə ələ keçirilib.

Polis əməkdaşları qətldə istifadə olunduğu güman edilən odlu silahı və motosikleti də taparaq müsadirə ediblər. Cinayətin digər iştirakçısının axtarışları isə davam etdirilir.

Bildirilir ki, Endji Varqas həm modellik fəaliyyəti, həm də sahibkarlıqla məşğul olub. Hüquq-mühafizə orqanları qətlin hansı səbəbdən törədildiyini hələ ki dəqiqləşdirməyiblər./oxu.az/




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki