image-1backend

Tatarıstanda PUA hücumu nəticəsində yaralananların sayı 14 nəfərə çatıb

image-reklam_sirab_01

Yelabuqa və Nijnekamska (Tatarıstan) pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində 14 nəfər xəsarət alıb.

Vətəninfo.az  Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Tatarıstan rəhbəri Rüstəm Minnixanovun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, xəsarət alanlardan altısının müalicəsi davam etdirilir.

Ukrayna KİV-lərinin məlumatına görə, aprelin 2-də həyata keçirilmiş hücum Ukrayna Təhlükəsizlik Xidməti ilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin birgə əməliyyatı olub. Yelabuqada Xüsusi İqtisadi Zona (XİZ) yerləşir. Ukrayna KİV-lərinin məlumatına əsasən, burada PUA-ların istehsal olunduğu müəssisə var. XİZ-ə hücumun hədəfi isə “Shahed” PUA-larının yığıldığı zavod olub. Nijnekamsk ərazisində isə 2022-ci ildə ildə 16,2 milyon ton neft emal edildiyi, Rusiyanın ən böyük neft emalı zavodlarının reytinqində beşinci yeri tutan TANECO zavodu yerləşir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki