image-1backend

Texasda fövqəladə vəziyyət elan edildi

image-reklam_sirab_01

Texas qubernatoru Qreq Abbott güclü meşə yanğınları ilə əlaqədar ştatın 60 əyalətində fövqəladə vəziyyət elan edib. Bu barədə Vətəninfo.az  Abbottun ofisinin saytında dərc edilmiş bəyanata istinadən xəbər verir .

“Qubernator Greg Abbott, ştatda yanan geniş meşə yanğınlarına cavab olaraq Texasın 60 qraflığında fövqəladə vəziyyət elan edib”, – mətbuat şərhində deyilir.

Qeyd olunur ki, vəziyyətin dəyişməsinə paralel olaraq Texasın digər bölgələrində də fövqəladə vəziyyət elan oluna bilər.

Açıqlamaya görə, quraqlıq, temperaturun normadan yüksək olması və güclü külək səbəbindən meşə yanğınları təhlükəsi artıb.

Texas Dövlət Meşə Xidməti daha əvvəl bir neçə ərazidə meşə yanğınları barədə məlumat vermişdi. Yanğının sürətlə yayılması ilə əlaqədar Panhandle-də insanlar təxliyə edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki