image-1668173943_turks_army_280220backend

Türk hərbçisi şəhid oldu

image-reklam_sirab_01

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında davam etdirdiyi “Pəncə Kilid” antiterror əməliyyatı zamanı bir türk hərbçi həlak olub.

Vətəninfo.az-ın məlumatına görə, bu barədə bu gün Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, noyabrın 11-də PKK terror təşkilatının silahlıları tərəfindən Türkiyə ordusunun mövqeyinə atəş açılıb. Hadisə nəticəsində bir hərbçi yaralanıb. Yaralanan hərbçini xilas etmək mümkün olmayıb.

Türkiyə ordusu bölgədə antiterror əməliyyatını davam etdirir.

Qeyd edək ki, “Pəncə Kilid” əməliyyatı bu ilin aprelində başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki