image-orbackend

Türk ordusu vurdu – PKK-nın Afrindəki kilid ismi məhv edildi

image-reklam_sirab_01

Suriyada zərərsizləşdirilən PKK/YPG terrorçularından birinin təşkilatın “Afrin Qurtuluş Qüvvələri” liderlərindən Fəhmi Məhəmməd olduğu bildirilib.

Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında Suriyanın şimalında 2 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi deyilib.

“Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilən PKK/YPG terrorçularından birinin təşkilatın “Afrin Qurtuluş Qüvvələri”nin liderlərindən biri Fəhmi Məhəmməd olduğu müəyyənləşib. Harada olur-olsun, PKK/YPG terror təşkilatı ilə mübarizəmiz qətiyyətlə davam edəcək”, – məlumatda qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki