image-image_750x_66274f801990a-750-1080-resizebackend

Türkiyə Böyük Millət Məclisinin açılışının 104-cü ildönümü

image-reklam_sirab_01

Bu gün Türkiyədə 23 Aprel-Milli Suverenlik və Uşaq Bayramı qeyd olunur. Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu öndəri Mustafa Kamal Atatürk tərəfindən uşaqlara həsr edilib.

Yəni, bu gün eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin açılışının 104-cü ildönümü qeyd edilir.

Türkiyə Respublikasının ilk milli bayramı olan bu mötəbər gün hər il qardaş ölkə ilə yanaşı, Şimali Kipr Türk Cümhuriyyətində, eləcə də Türkiyənin xarici nümayəndəliklərində rəsmi mərasimlərlə böyük coşğu ilə qarşılanır. Hər il 23 aprel tarixində Türkiyədə uşaqlar bir günlük dövlətin rəsmi orqanlarının başına keçir, prezident, nazir və digər dövlət qurumlarının rəhbərləri qismində çıxış edirlər. Bu ənənə 1933-cü ildə Qazi Mustafa Kamal Atatürk tərəfindən başladılıb və günümüzədək davam etdirilir.

Türkiyədə 1921-ci ildən etibarən “23 Aprel Milli Bayramı” adı ilə qeyd olunmağa başlanan bu tarix 1927-ci ildən etibarən uşaqlara həsr edilib. Bayramın uşaqlara həsr edilməsinin əsas məqsədi isə azyaşlıların şən gün keçirmələri ilə yanaşı, dövrün “Himaye-i Etfal Cəmiyyəti”, yəni kimsəsiz uşaqlara gəlir gətirmək olub. Türkiyədə bu günün rəsmi adı 1935-ci ildə “Hâkimiyet-i Milliye Bayramı”, 1981-ci ildə isə “Milli Suverenlik və Uşaq Bayramı” olaraq təsis edilib. UNESCO tərəfindən 1979-cu ilin “Uşaq ili” elan edilməsindən sonra Türkiyənin Dövlət Radio və Televiziya Qurumunun “TRT Beynəlxalq 23 Aprel Uşaq Şənliyi”ni başlaması ilə bu bayram beynəlxalq səviyyəyə yüksəldilib.

Hər il olduğu kimi, bu il də 23 Aprel münasibətilə rəsmi mərasimlərlə yanaşı, Türkiyənin hər guşəsində uşaqlar üçün bayram şənlikləri, yarışlar, teatr tamaşaları, konsertlər və bir çox digər əyləncəli proqramlar keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki