image-1backend

Türkiyə əsgəri şəhid oldu

image-reklam_sirab_01

İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvləri ilə qarşıdurmada ilkin təsbitlərə görə, 6 terrorçu zərərsizləşdirilib, 1 əsgər şəhid olub.

Vətəninfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) verilən məlumata görə, separatçı terror təşkilatı üzvlərinin “Pəncə-Kilid” əməliyyatı bölgəsində bir bazaya soxulmağa cəhd göstərdiyi, baş verən qarşıdurmada bir Türkiyə əsgərinin şəhid olduğu bildirilib.

Qarşıdurmada yaralanan əsgər təcili xəstəxanaya aparılıb və müalicəsinə başlanılıb.

Bölgədə əməliyyatlar davam edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki