image-turk-5-696x464backend

Türkiyə Sincandakı yanğına görə Çindən izahat istəyib

image-reklam_sirab_01

Türkiyə Xarici İşlər Nazirliyi Sincan-Uyğur Muxtar Bölgəsinin mərkəzi Urumçidə baş verən yanğında ölənlərlə bağlı Çin rəsmilərindən izahat istəyib.

Bu barədə “Anadolu Agentliyi“ məlumat yayıb.

Məlumata görə, Xarici İşlər Nazirliyi mövzu ilə bağlı verdiyi yazılı açıqlamada Çinin Sincan Uyğur Muxtar Bölgəsinin mərkəzi Urumçidə baş verən yanğında həyatını itirənlərin və yaralananların olduğunun dərin hüznlə öyrəndiklərini bildirib.

Açıqlamada Türkiyənin bu faciəvi hadisə ilə bağlı başsağlığı verilib və yaralananlara tezliklə şəfa dilənib.

Eyni zamanda bildirilib ki, yanğının səbəbi ilə bağlı ictimaiyyətin məlumatlandırılmasını gözləyirik.

Diplomatik mənbələrdən verilən məlumata görə, yanğının səbəbləri ilə bağlı Çin səlahiyyətlilərindən izahat istənilib.

Qeyd edək ki, Çinin Sincan-Uyğur Muxtar Bölgəsinin mərkəzi Urumçidə karantində olduğu iddia edilən mənzildə baş verən yanğında 10 nəfərin həyatını itirdiyi bildirilib. Yanğının baş verdiyi mənzilin sakinlərinin karantin səbəbindən evlərini tərk edə bilməmələri, yanğınsöndürənlərin metal sədlər və şlaqbaumlarla əhatə olunmuş kompleksə daxil ola bilməməsi ilə bağlı iddialar etirazalara səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki