image-6666backend

Türkiyə Suriyada yeni xüsusi əməliyyata başlayacaq?

image-reklam_sirab_01

İstanbulun İstiqlal prospektində törədilən terror aktından sonra Türkiyə Suriyanın şimalında PKK/YPG qüvvələrinə qarşı növbəti transsərhəd əməliyyatı üçün əvvəlki planlarına qayıdıb.

Vətəninfo.az xəbər verir ki, adının çəkilməməsi şərti ilə Reuters-ə danışan türk rəsmisi bildirib ki, son hücum Suriyanın Türkiyənin təhlükəsizliyinə ciddi təhdid olduğunu bir daha təsdiqləyib.

“Hazırda Türkiyə Silahlı Qüvvələri Şimali İraqda PKK-ya qarşı əməliyyatını davam etdirir. Bu əməliyyat başa çatdıqdan sonra Suriyadakı bəzi hədəflərə zərbələr endiriləcək”, – eyni mənbə bildirib.

Türkiyəli təhlükəsizlik ekspertləri hesab edirlər ki, əvvəllər planlaşdırıldığından daha məhdud miqyaslı əməliyyat mümkündür. 

Xatırladaq ki, əvvəlki plan Suriyanın şimalında 30 kilometrlik bufer zonanın yaradılmasını nəzərdə tuturdu.

Hakimiyyətyönlü Türkiyə mediası İstiqlal prospektindəki partlayış əmrinin Kobanidən verildiyini yazıb. 

Daxili işlər naziri Süleyman Soylu da bu versiyanı təsdiqləyib: “Terror aktının Kobanidən sifariş edildiyinə dair sübutlar var. Təxribat aktını törədən qadının Suriyanın Afrin şəhərindən (hazırda bu şəhər “Həyat Təhrir əş-Şam” terror qruplaşmasının nəzarətindədir – red.) gəldiyi məlum olub”.Bizim.Media


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki