image-1backend

Türkiyədə avtobus qəzası: 1 ölü, 18 yaralı

image-reklam_sirab_01

Türkiyədə dəhşətli avtobus qəzası olub. Vətəninfo.az xəbər verir ki, Mersinin Tarsus rayonundan Amasya istiqamətində hərəkət edən sərnişin avtobusu Yozgat-Kayseri yolunun Battal kəndi yaxınlığında idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü də daxil olmaqla 19 nəfər xəsarət alıb.

Qəza yerinə jandarm, polis, tibb və xilasetmə qrupları cəlb edilib.

Yozgat valisi Mehmet Əli Özkan ağır yaralanan vətəndaşlardan birinin həyatını itirdiyini açıqlayıb.

Xəsarət alan 18 nəfərdən 3-nün vəziyyəti ağır olaraq qalır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki