image-1backend

Türkiyədə Çinə casusluqda şübhəli bilinən 6 nəfər həbs edilib 

image-reklam_sirab_01

“Anadolu Ajansı” xəbər verib ki, dünən İstanbul Baş Prokurorluğunun Terrorla Mübarizə və Şəbəkə Cinayətləri Şöbəsi bu şəhərdə Çin Kəşfiyyat Xidməti ilə əməkdaşlıqda şübhəli bilinən 6 nəfəri saxlayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri İstanbulda Çinin Sincan Uyğur bölgəsindən bəzi dərnəklər və tanınmış şəxslər haqqında məlumat toplayan 7 nəfəri müəyyən edib.

Qeyd olunub ki, Türkiyə Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı – MİT göstəriş verdikdən sonra həmin şəxslərdən 6-sı İstanbul polisi tərəfindən həbs edilib.

Polisin daha bir şübhəlinin tutulması yönündə axtarışları davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki