Türkiyənin şimalında avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 6-ya çatıb, 30-dan çox insan yaralanıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazır.
Kastamonu-Taskopro avtomobil yolunda sürücünün qar səbəbindən idarəetməni itirməsi nəticəsində avtobus aşıb.
“Qurbanların sayı altıya çatıb, 33 nəfər yaralanıb”, – nəşr yazır.