image-1backend

Türkiyədə terroçular həbs edildi

image-reklam_sirab_01

İstanbulda terror aktı hazırlamaqda şübhəli bilinən bir Tacikistan vətəndaşı və bir Qırğızıstan vətəndaşı olan bir qadın həbs edilib.

Vətəninfo.az xəbər verir ki, istintaq orqanlarının məlumatına görə, həbs edilən kişi “İslam Dövləti”nin üzvüdür, Qırğızıstan vətəndaşı olan qadın isə onun şəriki olub, sonuncu daha əvvəl vətənindən deportasiya edilib.

Qəzetin yazdığına görə, hüquq-mühafizə orqanları onların hər ikisini Pendik rayonundakı mənzillərin birindən saxlayıb. Axtarış zamanı onların üzərindən jandarma forması, polis jileti və papağı, habelə silah-sursat aşkar edilib.

Şübhəlilər, ehtimal ki, terror aktı törətdikdən sonra qaçmaq niyyətində olublar.
Həbs edilən şəxslərin terror aktını dəqiq harada planlaşdırdıqları qeyd edilmir. İndi istintaq Tacikistan vətəndaşının İslam Dövləti ilə dəqiq kiminlə əlaqə saxladığını müəyyənləşdirir. Həmin şəxsin kod adının Əbu İsmayıl olduğu, uzun müddət terrorçular arasında olduğu məlum olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki